Bu gün Rusiyaya qarşı 7-ci sanksiyalar paketi qəbul edəcək- Paketdə nələr olacaq?

Bu gün Rusiyaya qarşı 7-ci sanksiyalar paketi qəbul edəcək-

Avropa Komissiyası bu gün Rusiyaya qarşı yeddinci sanksiyalar paketini qəbul edəcək.

Azpost.info xəbər verir ki, yeni məhdudiyyətlər paketinə Rusiya qızılına embarqo daxil olacaq.

“Reuters” məlumatlı mənbələrə istinadən yazır ki, Avropa Komissiyası ərzaq ixracına mane olmamaq üçün bəzi keçmiş məhdudiyyətləri düzəldəcək: “Yeni paketdə əvvəlkilərlə müqayisədə daha az məhdudiyyət var. Eyni zamanda Rusiya qızılının Avropa İttifaqına, o cümlədən üçüncü ölkələr vasitəsilə idxalına qadağa qoyulacaq. Sanksiyalar hərbi məqsədlər üçün istifadə oluna bilən kimyəvi maddələr və avadanlıqlara da təsir edəcək”.

Agentliyin məlumatına görə, 7-ci paketdə Kremlə yaxın şəxslərə və təşkilatlara qarşı şəxsi sanksiyalar da yer alacaq. Mənbələr konkret kimin şəxsi sanksiyalara məruz qalacağını açıqlamayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
843 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...