2 milyon dollar qiyməti olan dərman Rusiyada uşaqlara pulsuz veriləcək

2 milyon dollar qiyməti olan dərman Rusiyada uşaqlara pulsuz veriləcək
Dünyanın ən bahalı dərmanı, onurğa əzələlərinin atrofiyasının (SMA) müalicəsində istifadə edilən “Zolgensma” Rusiyada rəsmən istifadə olunmağa başlayıb.

Azpost.info xəbər verir ki, bu barədə Qabaqcıl Texnologiyaların İnkişafı Mərkəzindən bildirilib.

Artıq üç paket Moskva Morozov Uşaq Xəstəxanası və Uşaq Sağlamlığı üzrə Milli Tibbi Tədqiqat Mərkəzi tərəfindən istifadə olunub. Əczaçılıq bazarını araşdıran DSM Group şirkətindən bildiriblər ki, rusiyalı uşaqlar dərmanı pulsuz əldə edəcəklər.

“Bu dərman xəstəxana seqmentində “Krug Dobra” Uşaqlara Dəstək Fondu vasitəsilə alınır. Hazırda analoqları yoxdur. Xəstələr pulsuz müalicə alırlar”, – şirkətin mətbuat xidmətindən bildirilib.

“Krug Dobra” xeyriyyə fondu 2021-ci ilin yanvarında Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə yaradılıb.

Nadir genetik xəstəlik olan SMA-ya erkən yaşda diaqnoz qoyulmalı və müalicə dərhal başlanılmalıdır. “Zolgensma” dünyada SMA üçün istifadə edilən üç dərmandan biridir. Dərman İsveçrənin “Novartis” şirkəti tərəfindən istehsal olunur.

Rusiya Səhiyyə Nazirliyi dünyanın ən bahalı dərmanını 2021-ci ilin sonunda qeydə alıb. “Zolgensma”nın bir dozasının qiyməti 2,1 milyon dollardan 2,5 milyon dollara qədərdir. Bir uşağı müalicə etmək üçün bir doza kifayət edir.

Rusiya Sosial Tədqiqatlar üzrə Ekspert İnstitutunun Direktorlar Şurasının üzvü Qleb Kuznetsov bildirib ki, dərmanın yüksək qiyməti onun dəyəri ilə əlaqəli deyil: “Dərmanın yüksək qiyməti SMA xəstəsi olan bir uşağın bu dərmanı qəbul etməyəcəyi təqdirdə, müalicəsinin təxmin edilən xərcləri ilə izah olunur”.

Onurğa əzələlərinin atrofiyası əzələ zəifliyinə, motor və tənəffüs funksiyalarının itirilməsinə səbəb olan irsi xəstəliklər qrupuna aiddir. SMA genetik olaraq müəyyən edilmiş uşaq ölümünün ən çox yayılmış səbəbidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
874 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...