Bayden “G7” sammitini vaxtından əvvəl tərk etdi - SƏBƏB

Bayden “G7” sammitini vaxtından əvvəl tərk etdi -
ABŞ Prezidenti Co Bayden Almaniyanın cənubunda Elmau qalasında keçirilən “G7” sammitini vaxtından əvvəl tərk edib.

Modern.az xəbər verir ki, bu barədə məlumatı “DPA” agentliyi yayıb.

Buna səbəb isə hava şəraitinin pis olması olub. Belə ki, Bayden sammitin yekun iclasında çıxış etməli, buradan helikopterlə Münhenə yollanmalı, Münhendən təyyarə ilə NATO sammitinin keçiriləcəyi Madrid şəhərinə getməli idi. Lakin duman səbəbindən Bayden Münhenədək yolun bir hissəsini avtomobillə getməyə qərar verib.

Buna baxmayaraq, ABŞ Prezidenti getməzdən əvvəl Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Mario Draqi, Almaniya Kansleri Olaf Şolts və Böyük Britaniyanın Baş naziri Boris Consonla görüşə bilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
643 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...