Ermənistanda hərbçilər qəzaya düşüb, 1 nəfər ölüb

Ermənistanda hərbçilər qəzaya düşüb, 1 nəfər ölüb
Ermənistanda hərbçilərin olduğu maşın qəzaya düşüb, ölən və yaralananlar var. APA "shamshyan.com" istinadən xəbər verir ki, Sünik rayonunun İrəvan-Meğri avtomobil yolunun Tsquk kəndinin inzibati ərazisində hələlik naməlum şəraitdə Müdafiə Nazirliyinin dövlət nömrə nişanlı “KamAZ” markalı avtomobili və “Mercedes” avtomobili toqquşub.

Qəza nəticəsində 1 hərbçi hadisə yerində ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sisian hərbi hospitalına yerləşdirilib.

Polis ölən və yaralıların kimliyini müəyyənləşdirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
523 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...