Britaniya kraliçası təyyarəsiz qala bilər

Britaniya kraliçası təyyarəsiz qala bilər

Britaniya kral ailəsinə xidmət edən dörd ədəd BAe 146 hava layneri istismardan çıxarıla bilər.

“Daily Mail” nəşrinin məlumatına görə, buna səbəb krallığın müdafiə strategiyasına yenidən baxılmasıdır.

Martın 16-da Britaniyanın yeni müdafiə konsepsiyası açıqlanacaq. Məhz bundan sonra təyyarələrin aqibətinə aydınlıq gələcək. Ekspertlərin fikrincə, hava gəmilərinin təhlükəsizlik səbəbindən kral ailəsindən alınacağı və satışa çıxarılacağı gözlənilir.

Qeyd edək ki, bu təyyarələr ötən əsrin 80-ci illlərindən bəri ailənin istifadəsindədir. Hazırda 32-ci kral hava eskadriliyasının tərkibində dörd ədəd BAe 146 təyyarəsi var. Əgər onlar satılarsa, o zaman kral ailəsinin aviasiyasında yalnız AW 109 helikopteri qalacaq.

Bəzi yerli jurnalistlər kral ailəsi üzvlərinin ölkənin Baş nazirinin təyyarəsindən istifadə edə biləcəklərini yazır. Lakin Britaniya kraliçasının Baş nazirlə eyni təyyarəni paylaşması iddiaları hələ ki, rəsmi xarakter daşımır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
619 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...