“Moderna” peyvəndi vurduranlarda səpkilər yaranıb - FOTO

“Moderna” peyvəndi vurduranlarda səpkilər yaranıb -

“Moderna” şirkətinin koronavirusa qarşı peyvəndi ilk vaksinasiyadan sonra 10 gün ərzində dəri iltihabı və səpkilər yarada bilir.

Bu barədə tədqiqatçıların “New England Journal of Medicine” jurnalında dərc olunan məqaləsində bildirilir.
“Moderna” peyvəndi vurduranlarda səpkilər yaranıb -

Məlumata görə, 12 pasiyentdə belə bir reaksiya müşahidə olunub. Fəsadlar iynənin vurulduğu yerin ətrafında müşahidə olunub. Reaksiya əsasən 4-11 gün arasında baş verib.

Yaranan problemə baxmayaraq, tibb işçiləri pasiyentləri ikinci doza vaksin vurdurmağa inandırıblar. İkinci dozadan sonra dəri iltihabı üç nəfərdə eyni intensivlikdə, üç nəfərdə isə daha yüngül olub. Digərlərində fəsad müşahidə olunmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
732 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...