Əvəz Zeynallının müayinə cavabları açıqlanacaq

Əvəz Zeynallının müayinə cavabları açıqlanacaq

"Əvəz bəyin bütün müayinələrinin cavabları bu həftə açıqlanacaq".

Bunu Qaynarinfo-ya jurnalist Məlahət Zeynallı onkoloji xəstəliyi səbəbindən azadlığa buraxılan "Xural" Media Qrupunun rəhbəri Əvəz Zeynallının səhhətindən danşarkən deyib.

O bildirib ki, genetik analizin cavabı Əvəz Zeynallının müalicəsində çox vacibdir:

"Əvəz bəy hazırda Türkiyədə, İstanbul şəhərindədir. Analizlərin cavabı bu həftə açıqlanacaq. Genetik analizin cavabı çox önəmlidir. Həmin analizlərdən müalicənin necə aparılacağını müəyyən edəcəklər. Kimyaterapiya, yoxsa "ağıllı dərman"larla... Müayinələrin nəticəsi açıqlanan kimi Ankaraya qayıdacaq".

Məlahət Zeynallı müalicənin gec başlanmasından narahat olduğunu vurğulayıb.

Qeyd edək ki, "Xural"ın 9 il azadlıqdan məhrum edilən rəhbəri Əvəz Zeynallı səhhətinə görə həbsdən azad edilib. Onda bir müddət əvvəl onkoloji xəstəlik aşkar edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
22 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...