İllik gəliri 27 milyard dollar olan şirkət Azərbaycanda filial açdı

İllik gəliri 27 milyard dollar olan şirkət Azərbaycanda filial açdı

Dünyanın ən nəhəng telekommunikasiya şirkətlərindən biri olan Yaponiyanın "NEC Corporation” (Nippon Electric Company) şirkəti Azərbaycanda filial açıb.

Yeni açılan şirkət "NEC Corporation”un Türkiyədəki törəmə şirkətinin - "Nec Telekomünikasyon ve Bilgi Teknolojileri Limited Şirketi”nin filialı kimi fəaliyət göstərəcək. 29.01.2021-ci il tarixində dövlət qeydiyyatına alınan filial Yasamal rayonu, Bəşir Səfəroğlu, ev 133 ünvanında yerləşəcək və qanuni təmsilçisi Tomokı Saka olacaq.

Məlumat üçün bildirək ki, "NEC Corporation” telekommunikasiya avadanlığı istehsal edən dünyanın ən nəhəng şirkətlərindən biridir. Şirkət 1899-cu ildə Tokioda açılıb. Fəaliyyətinin ilk illərində NEC telefon avadanlıqlarının istehsalı ilə məşğul olub. Lakin 1920-cu ildən başlayaraq, şirkət praktiki olaraq bütün istiqamətlərdə kommunikasiya sahəsində işləməyə başlayıb. Bu şirkət dünyanın ən böyük 500 şirkəti rasında yer alır. 2019-cu ildə NEC-in gəlirləri 27 milyard dollar olub. Şirkətdə 110 min insan çalışır.

NEC şirkəti Türkiyədə 1960-cı ildən fəaliyyıt göstərir. NEC Türkiyənin telekommunikasiya bazarındakı əsas şirkətlərdən biri hesab olunur. Xüsusilə, simsiz telekomunikasiya avadanlıqlarının əsas tədarükçüsü hesab olunur. Bundan əlavə, peyk rabitə sistemləri, televiziya vericiləri, aviasiya radar sistemləri, avtomatik barmaq izi tanıma sistemləri kimi müxtəlif istiqamətlərdə fəaliyyəst göstərən əsas şirkət hesab olunur. //Yeniavaz



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
818 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...