Sudanda qəzaya uğrayan təyyarə erməni şirkətinindir?

Sudanda qəzaya uğrayan təyyarə erməni şirkətinindir?


Cənubi Sudanda qəzaya uğrayan AN-12 yük təyyarəsi Rusiya aviasiyasının reyestrində yoxdur. Rusiya KİV-lərinin məlumatına görə, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin müşaviri Janna Terexova açıqlama verib. Nazirlikdə olan bilgilərə əsasən, təyyarənin ekipaj üzvləri azad agentlər olub. “İnterfax” xəbər agentliyinin yaydığı məlumata görə, bölgədə yük daşımaları ilə məşğul olan Rusiya aviaşirkətlərindən heç biri qəzaya uğramış təyyarənin onlara aid olduğu barədə açıqlama verməyib. Qəzaya uğramış AN-12 təyyarəsinin erməni şirkətlərindən birinə aid olduğu ehtimal edilir (lent.az.).

Virtualaz.org saytının Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə isə qəzaya uğrayan təyyarə balıqçılıq fermasının üstünə düşüb. Nəticədə 7 balıqçı həlak olub. Ölənlərin sayının artacağı istisna deyil.

* * *12:57

"RİA Novosti"nin yaydığı son məlumata görə isə şahidlər Cuba hava limanında "An-12" təyyarəsinin qəzaya uğradığı yerdə 40-dan çox cəsədin olduğunu məlumat veriblər. Yerli KİV-in Cuba beynəlxalq hava limanının rəhbərliyinə istinadən verdiyi məlumata görə, qəzada 2 yox, 3 nəfər sağ qalıb.

* * *12:36

Rusiyanın yük təyyarəsi Cənubi Sudanda qəzaya uğrayıb. "Trend"in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, təyyarədə 5 ekipaj üzvü və 7 sərnişin olub. Cuba şəhərində baş vermiş qəza nəticəsində yalnız iki sərnişin, o cümlədən bir uşaq sağ qalıb. Virtualaz.org saytı xatırladır ki, oktyabrın 31-də Rusiya aviaşirkətinə məxsus olan və Şarm-əl-Şeyx (Misir)-Sankt-Peterburq (Rusiya) reysi üzrə hərəkət edən təyyarə də qəzaya uğramışdı. Təyyarənin göyərtəsində 17-si uşaq olmaqla 217 sərnişin və 7 heyət üzvü vardı. Onların hamısı qəzada həlak olmuşdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
885 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...