Türkiyə universitetlərində dərslər yayda keçirilə bilər

Türkiyə universitetlərində dərslər yayda keçirilə bilər

Türkiyədə “Ali təhsil haqqında” qanuna dəyişiklik edilməsi nəzərdə tutulur.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bununla bağlı hakim Ədalət və İnkişaf Partiyası (AKP) qanuna dəyişiklik layihəsini Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edib.

Layihədə koronavirus pandemiyası səbəbindən ali təhsil müəssisələrində ara verilən dərslərin yay aylarında davam etdirilməsi öz əksini tapıb.

Sənəddə həmçinin Ankara Elm Universiteti və Kocaeli Tibb və Texnologiya Universitetinin təsis edilməsi də təklif olunub.

Xatırladaq ki, rəsmi məlumata əsasən, Türkiyədə pandemiya qurbanlarının sayı 725 nəfərdir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
73 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...