"OPEC+ formatının iştirakçılarından qətiyyətli mövqe gözləyirik" - Rusiya prezidenti

 "OPEC+ formatının iştirakçılarından qətiyyətli mövqe gözləyirik" -

OPEC və qeyri-OPEC ölkələri arasındakı dialoq həm Rusiya, həm də bütün dünya enerji bazarı üçün, bununla da dünya iqtisadiyyatı üçün müsbət nəticələr verir.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin OPEC-in baş katibi Məhəmməd Barkindo ilə görüşü zamanı bildirib.
“OPEC-lə razılaşmalarımızı yerinə yetirməklə bağlı müəyyən intizam əldə etmək istiqamətində bu təşkilat daxilində daim məqsədyönlü işlər görüldüyünü bilərək OPEC+ formatının iştirakçılarından qətiyyətli, ardıcıl mövqeyə ümid edirik”, – deyən Rusiya lideri Səudiyyə Ərəbistanında neft infrastrukturuna qarşı məlum dron hücumundan sonra sıçrayışa keçən neft qiymətlərinin artıq əvvəlki səviyyəyə qayıtdığını dilə gətirib.
“Bazarda kəskin dəyişikliklər üçün əsaslı səbəb mövcud deyil”, – deyən dövlət başçısı bu vəziyyətin amilləri sırasında OPEC üzv ölkələri tərəfindən dünya bazarını sabitləşdirmək istiqamətindəki birgə səylər göstərildiyini qeyd edib.
Xatırladaq ki, “Brent” markalı neftin bir bareli bugünkü hərrac zamanı 0,53 dollar bahalaşaraq 59,42 dollara satılıb. WTI markalı neftin isə bir bareli bu gün 0,73 dollar bahalaşaraq 54,35 dollara satılıb.
OPEC+ formatında hasilatın azalmasına dair 2020-ci ilin mart ayının sonunadək qüvvədə olan və neft qiymətlərini sabitləşdirməyə yönələn razılaşmaya görə iştirakçı ölkələr gündəlik hasilatı 2018-ci ilin oktyabr ayı səviyyəsinə nisbətən 1,2 milyon barel azaltmalıdır. O cümlədən ən iri istehsalçılar olan Səudiyyə Ərəbistanı hasilatı 322 min barel, Rusiya da 228 min barel azaltmaq öhdəliyini götürüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
480 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...