Yerevan-Moskva reysində bomba həyəcanı - Uçuş ləngidi

Yerevan-Moskva reysində bomba həyəcanı -
“Sibir” aviaşirkətinin Yerevandan Moskvaya uçmalı olan reysi iki saatdan çox ləngiyib.

Trend-in məlumatına görə, buna sərnişinlərdən birinin baqajında bomba olduğunu iddia etməsi səbəb olub.

Qeyd olunur ki, sərnişin Zvartnots hava limanında heç bir tələb irəli sürmədən yükündə bomba olduğunu deyib.

Həmin şəxs polisə təhvil verilib və onun baqajında, eləcə də təyyarədə axtarış keçirilib.

Axtarışlar nəticəsində partlayıcı maddə aşkar edilməyib. Reys iki saat ləngimədən sonra baş tutub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
526 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...