Yaponiyada tayfun səbəbindən 20 yaralı, 930 min ev işıqsız qalıb

Yaponiyada tayfun səbəbindən 20 yaralı,
Yaponiyanın Tokio şəhərində güclü "Faks" tufanı səbəbindən təxminən 930 min yaşayış evi müvəqqəti olaraq işıqsız qalıb.

Trend-in məlumatına görə, bu barədə "TEPCO" energetika kompaniyası bildirib.

Məlumata əsasən, Tokio ilə yaxınlıqda olan Çiba Prefekturasında ən az 20 nəfər xəsarət alıb. Həmin prefekturada güclü yağışlar torpaq sürüşməsinə səbəb olub.

Sakit okeandan Tokioya yaxınlaşan tayfuna görə yüzə yaxın avia reyslər ləğv edilib.

Bildirilir ki, bəzi ərazilərdə evlərdəki şüşələr qırılıb, tikinti meşələri və ağaclar dağılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
489 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...