Tramp ABŞ-ın dördüncü ştatında fövqəladə vəziyyət elan edəcək

Tramp ABŞ-ın dördüncü ştatında fövqəladə vəziyyət elan edəcək

ABŞ prezidenti Donald Tramp "Dorian" qasırğası səbəbindən Şimali Karolinada fövqəladə vəziyyət elan edəcəyini söyləyib.

Məlumatına görə, bu barədə ABŞ prezidenti öz "Twitter" səhifəsində yazıb.

D.Tramp deyib: "Senator Tom Tillisin xahişi ilə mən bu axşam Şimali Karolinada fövqəladə vəziyyət barədə bəyannamə hazırlayıb imzalayacam".

Prezidentin belə bir elanı federal hakimiyyət orqanlarının fəlakətə qarşı mübarizədə və zəruri hallarda onun nəticələrinin aradan qaldırılmasında kömək edəcəyi deməkdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
500 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...