Kadırovun qohumu Çeçenistanın ikinci böyük şəhərini idarə edəcək

Kadırovun qohumu Çeçenistanın ikinci böyük şəhərini idarə edəcək

28 yaşlı Xas-Maqomed Kadırov Arqun şəhərinin meri vəzifəsini icra edən təyin edilib.

“RİA Novosti” xəbər verir ki, bu barədə respublika parlamentinin rəhbəri Maqomed Daudov deyib.

X. Kadırov Çeçenistan rəhbəri Ramzan Kadırovun qohumudur. Bundan əvvəl o, Çeçenistan başçısının köməkçisi vəzifəsində çalışıb, eyni zamanda Daxili İşlər Nazirliyinin Çeçenistan üzrə narkotiklərə nəzarət şöbəsinə və Qroznı şəhərinin polisinə rəhbərlik edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
528 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...