Gürcüstanda universitet əməkdaşı rüşvətə görə tutulub

Gürcüstanda universitet əməkdaşı rüşvətə görə tutulub
Gürcüstanda rüşvət almaqda ittiham olunan iki nəfər saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Saxlanılan şəxslər Tbilisi Dövlət Tibb Universitetinin Beynəlxalq əlaqələr departamentinin baş mütəxəssisi Gia O. və Lili J. adlı şəxslərdir.

İstintaqla müəyyən olunub ki, ali məktəb əməkdaşı saxlanılan digər şəxsin vatisəçiliyi ilə vətəndaşdan 1 000 ABŞ dolları alıb. Gia O. rüşvət müqabilində abituriyentin Tbilisi Dövlət Tibb Universitetinə qəbul olunacağına söz verib.

Faktla bağlı araşdırma aparılır. Saxlanılan şəxsləri 6 ildən 9 ilədək həbs cəzası gözləyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
493 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...