ABŞ Türkiyə ilə güzəştli ticarət rejimini ləğv edib

ABŞ Türkiyə ilə güzəştli ticarət rejimini ləğv edib
ABŞ prezidenti Donald Tramp Türkiyəni inkişaf etməkdə olan ölkələr siyahısından çıxartmaqla, onunla güzəştli ticarət rejimini ləğv edib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

"Mən qərara gəldim ki, onun [Türkiyənin] iqtisadi inkişaf səviyyəsini nəzərə alaraq, 17 may 2019-cu il tarixindən etibarən Türkiyənin inkişaf etməkdə olan ölkə - benefisiar kimi təyinatını ləğv etmək məqsədəuyğun olardı", - deyə ABŞ prezidentinin bəyanatında bildirilir. Buna uyğun olaraq Vaşinqton həmçinin Ankara ilə xüsusi güzəştli ticarət rejimini dayandırır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
606 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...