Merkel siyasətdən gedəcək

Merkel siyasətdən gedəcək


Almaniya Kansleri Angela Merkel Nazirlər Kabinetinə rəhbərlik edəcəyi vaxtın başa çatmasından sonra siyasətlə məşğul olmayacağını bəyan edib. Gundeminfo.az-ın məlumatına görə, A.Merkel 2021-ci ildən sonra siyasətdən gedəcəyini təsdiq edib. A.Merkel deyib: "Səlahiyyət müddətim başa çatdıqdan sonra siyasətlə məşğul olmaq niyyətim yoxdur. Ötən ilin sonunda mən öz planlarım barədə məlumat vermişdim". Qeyd edək ki, 2018-ci ilin sonunda A.Merkel Xristian-Demokrat Partiyasının sədrliyindən getsə də, kansler postunu tərk etməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
725 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...