Türkiyədə 7 siyasi partiyaya cinayət işi açıldı

Türkiyədə 7 siyasi partiyaya cinayət işi açıldı


Türkiyə Konstitusiya məhkəməsi 2014-cü il maliyyə yoxlamaları əsasında ittiham olunan 7 siyasi partiyaya cinayət işi açılmasına icazə verib.

Avropa.info xəbər verir ki, cinayət işi açılan partiyalar Milli Mübarizə Partiyası, Güclənən Türkiyə Partiyası, İlk Partiya, Anayol Partiyası, Cihan Partiyası, Milliyyətçi İradə və Yüksəliş Partiyası və Haqq və Hüzur Partiyasıdır.

Haqında istintaq işi gedən partiyaların əmlak və gəlirləri ilə bağlı hesabat vermədikləri, hesabat sənədlərini düzgün tərtib etmədikləri bildirilir. Partiyalar haqqında cinayət işinin başlanılması üçün Ankara Baş Prokurorluğuna müraciət edilib.

Cinayət işi hesabatı təqdim etməyən məsul şəxslərə qarşı aparılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
670 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...