ABŞ atom bombalarını Türkiyədən çıxarır – Şok iddia

ABŞ atom bombalarını Türkiyədən çıxarır –


ABŞ Türkiyədəki nüvə silahlarını Rumıniyaya daşıyır.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “EurActiv.com” saytı özünün etibarlı mənbələrinə istinadən yayıb. Nüvə silahlarının Türkiyədən çıxarılmasına əsas səbəb kimi Ankara və Vaşinqton arasında münasibətlərin gərginləşməsi göstərilib. Mənbə artıq Vaşinqtonun nüvə silahlarının təhlükəsizliyi sahəsində Türkiyəyə güvənmədiyini bildirib. Atom bombalarının Rumıniyanın Deveselu aviabazasında yerləşdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, ABŞ-ın nüvə bombaları İncirlik aviabazasında yerləşir. Burada 50-yə yaxın atom bombasının olduğu iddia edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
694 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...