PKK Türkiyədə Polis İdarəsi qarşısında partlayış törədib, üç nəfər həlak olub 100-dən çox yaralı var

PKK Türkiyədə Polis İdarəsi qarşısında partlayış törədib, üç nəfər həlak olub


Türkiyənin Elazığ şəhərində Polis İdarəsinin qarşısında partlayış olub.

APA-nın “Hüriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürən maşın cəlb olunub.

NTV xəbər verir ki, Polis İdarəsinin qarşısında bomba partladılıb.

Yaralıların olduğu bildirilir.

Partlayış nəticəsində binalara və yaxınlıqdakı avtomobillərə ciddi ziyan dəydiyi bildirilir.

Elazığ bələdiyyəsinin sədr müavininin açıqlamasına görə, ölənlərin olması barədə hələlik məlumat yoxdur. Partlayışın bomba ilə yüklənmiş maşının partlaması nəticəsində baş verdiyi bildirilir.

Partlayışın səsi bütün şəhərdə eşidilib.

Türkiyədə Elazığ Polis İdarəsi qarşısında bu gün səhər partlayışın PKK terrorçuları tərəfindən törədildiyi açıqlanıb.

APA-nın "Hüriyyet" qəzetinə istinadən verdiyi məlumata görə, terrorçular bompa yüklənmiş avtomobili partladıblar. Partlayışdan sonra atəşma baş verib.


İlkin məlumata görə, partlayış nəticəsində 3 nəfər həlak olub, 100-dən çox yaralı var.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
626 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...