Türkiyənin iki generalı Dubayda tutulub

Türkiyənin iki generalı Dubayda tutulub


Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən iki türk general BƏƏ-nin Dubay şəhərində tutulub.

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, tutulanlar Türkiyənin Əfqanıstandakı silahlı qüvvələrin komandanı, general Cahit Bəkir və Kabildəki Tədris və yardım şöbəsinin rəisi, general Şener Topuçdur.

Məlumata görə, generallar Türkiyədə baş verən dövlət çevrilişi cəhdindən sonra Dubayda gizlənmək qərarına gəliblər. Onlar artıq Türkiyəyə gətirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
862 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...