"Bank Asya"nın lisenziyası ləğv edildi

"Bank Asya"nın lisenziyası ləğv edildi

Türkiyənin ən iri banklarından biri olan "Bank Asya"nın ("Asiya Katılım Bankası AŞ") lisenziyası ləğv edilib.

"Anadolu" xəbər verir ki, Bankların Fəaliyyətini Tənzimləmə və Nəzarət Qurumunun (BDDK) bununla bağlı qərarı "Resmi Gazete"də dərc olunub.

Qeyd edək ki, Türkiyədə dövlət çevrilişinə cəhd göstərən Fətullahçı terror təşkilatının (FETÖ) lideri Fəthullah Gülənin "Hizmet" hərəkatına yaxın sayılan "Bank Asya"nın fəaliyyətində şəffaf olmadığı bildirilir. Sözügedən maliyyə strukturu 1996-cı ildə təsis olunub və ölkə boyunca 180-dən artıq filiala malik idi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
684 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...