Fransa parlamentində "erməni soyqırımı" ilə bağlı düzəliş

Fransa parlamentində "erməni soyqırımı" ilə bağlı düzəliş


Fransa parlamenti "erməni soyqırımı"nın inkarına görə cəza nəzərdə tutan düzəliş qəbul edib.

AzVision.az “news.am” saytına istinadən xəbər verir ki, Fransa parlamentinin aşağı palatası hökumətin təqdim etdiyi “Bərabərlik və vətəndaşlıq” qanun layihəsinə təklif olunan və uydurma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan düzəlişi qəbul edib.

Düzəlişə görə, "erməni soyqırımı" faktını inkar edənlərə cəza tətbiq ediləcək. Belə ki, qanunu pozanları 1 illik həbs cəzası və ya 45 min avro məbləğində cərimə gözləyir.

Qanun layihəsi baxılması üçün Senata göndəriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
739 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...