Ərəb şəhzadəsi ərəb dövlətini bombalayanlara "Bentley" verəcək

Ərəb şəhzadəsi ərəb dövlətini bombalayanlara "Bentley" verəcək

Səudiyyə şahzadəsi Yəməni bombalayan pilotlara "Bentley" hədiyyə edəcək.

ANS PRESS-in məlumatına görə, dünyanın ən zəngin şəxslərindən biri olaraq tanınan Səudiyyə şahzadəsi Əl-Vəlid Bin Talal Yəmən əməliyyatına qatılan pilotların hər birinə 1 milyon dollar dəyərində lüks avtomobil verəcək.

Twitter-də 300 milyon dollarlıq hissə payı olan və 23 milyard dollarlıq sərvətə sahib olan Talal pilotlara verilməsi üçün 100 "Bentley" sifariş verib.

Qeyd edək ki, dünyanın ən varlı 16-cı milyonçusu sayılan Talal bundan öncə də anoloji addım atmışdı. Şahzadə Səudiyyə Ərəbistanı millisinin oyunçularına 25 "Bentley" hədiyyə etmişdi.

Məlumata görə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin bombardmanı nəticəsində Yəməndə 1000-dən çox şəxs dünyasını dəyişib, 4 mindən artıq şəxs isə yaralanıb. Bunların əksəriyyəti aralarında uşaq və qadınların da olduğu mülki vətəndaşlardır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1438 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...