İmamoğluna dəfələrlə xəbərdarlıq etmişdim... - Soylu

İmamoğluna dəfələrlə xəbərdarlıq etmişdim... -
Daxili işlər naziri olduğum müddətdə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna korrupsiya və qeyri-qanuni tenderlərlə bağlı dəfələrlə xəbərdarlıq etmişdim.

Axar.az xəbər verir ki, bunu Türkiyənin sabiq daxili işlər naziri, millət vəkili Süleyman Soylu deyib.

“Demək olar ki, 5-6 il ərzində İmamoğluna xəbərdarlıq etdim, müfəttişlər göndərdim. Dedim ki, bələdiyyələrə buraxılmaması lazım olan şəxsləri toplayırsınız, PKK, FETÖ-dən kadrlar yığırsınız. Bizə qulaq asmadılar. Bundan başqa, korrupsiya faktlarını, tender səhvlərini aşkar etdik. Amma onlar yuxarıların qanunlarına öyrəşiblər”, - Soylu vurğulayıb.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan korrupsiya istintaqı çərçivəsində bələdiyyə sədri Əkrəm İmamoğlu barəsində 23 martda həbs qərarı çıxarılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
107 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...