Ərdoğan danışıqlar üçün Putinə ev sahibliyi təklif edib

Ərdoğan danışıqlar üçün Putinə ev sahibliyi təklif edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putin arasında bu gün baş tutan telefon danışığının yeni təfərrüatları məlum olub.

“Report” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Ərdoğan Rusiya ilə Ukrayna arasında davam edən müharibədə sülh danışıqlarına ev sahibliyini təklif edib.

O, Qara dənizdə ticarət gəmiçiliyinin təhlükəsizliyi üçün atılacaq xoşniyyətli addımların sülh prosesinə töhfə verəcəyini və Türkiyənin Qara dənizin münaqişə bölgəsinə çevrilməsinin qarşısını almaq üçün üzərinə düşəni etməyə davam etdiyini bildirib.

Bundan başqa, Türkiyə lideri Suriya məsələsində Rusiya ilə əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Suriyada sülh və sabitliyin təmin olunması üçün Ankara və Moskva koordinasiyalı hərəkət etməlidir.

Qeyd edək ki, bu gün dövlət başçıları arasında telefon danışığı olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
676 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...