Almaniyada tətil: dəmiryol nəqliyyatı tam dayandı

Almaniyada tətil: dəmiryol nəqliyyatı tam dayandı

Milyonlarla alman və minlərlə turist bu gün nəqliyyat kollapsı ilə üzləşib.

AZƏRTAC xəbər verir ki, tətili elektrik qatarlarının maşinistləri elan ediblər. Dəmiryolçular əmək haqlarının artırılmasını və iş gününün azaldılmasını tələb edirlər. Bu, onların ilk tətil cəhdi deyil, bundan əvvəlki altı cəhd uğursuzluğa düçar olmuşdu.

Dəmir yollarının rəhbərliyi ləngimələr baş verərsə, sərnişinlərə biletin dəyərinin yarısını qaytarmağı vəd edib. Lakin bu hadisədən ən çox narahat olanlar iri sənayeçilərdir. Yük qatarlarının dayanması çoxmilyonlu maliyyə itkilərinə səbəb olacaq.

Tətillərin cümə gününə qədər davam edəcəyi bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1439 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...