Çexiyada qrip epidemiyasından 65 nəfər ölüb

Çexiyada qrip epidemiyasından 65 nəfər ölüb


Çexiyada qrip epidemiyasından ölənlərin sayı 65 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin dövlət elmi-tədqiqat səhiyyə institutundan bildiriblər. “Hazırda epidemiya səngisə də, qripin ağırlaşmasından 65 nəfər ölüb, daha 195 nəfər ağır vəziyyətdədir. Xəstəliyə ən çox yoluxanlar paytaxt Praqa, Cənubi Moraviya, ölkənin şimal və mərkəzi bölgəsində yaşayanlardır”, məlumatda deyilir. Qeyd olunur ki, Çexiyada “donuz qrip”inə yoluxma halları da qeyd olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
784 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...