Daha bir ölkə Rusiyanın təsir dairəsinə keçir

Daha bir ölkə Rusiyanın təsir dairəsinə keçir


Livandakı siyasi böhranın həlli üçün böyük güclərin dəstəyinə ehtiyac var.

Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına müsahibəsində Livanın Xarici İşlər naziri Cebran Basil söyləyib. Onun sözlərinə görə, bu dəstək ölkənin müstəqilliyini artırmağa və ölkənin daxili işlərinə heç kimin qarışmamasına imkan verəcək.

Qeyd edək ki, bir müddət öncə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Livanın keçmiş baş naziri Səad Həriri ilə görüşü zamanı bölgədəki siyasi oyunçuları Livanın daxili işlərinə qarışmamağa səsləyib.

Livanın eks-prezidenti Mişel Süleymanın 2014-cü ilin mayında istefaya getməsindən sonra ölkədə siyasi böhran yaşanır. Livan konstitusiyasına əsasən, ölkənin prezidenti xristianlar arasından seçilməlidir. Hazırda prezident vəzifəsinə iki namizəd mövcuddur. Bunlardan birincisi general Mişel Aundur. O, Hizbullahın siyasi müttəfiqi hesab edilir. Onu həmçinin suriyayönlü blok da dəstəkləyir. Aunun rəqibi isə Qərbin dəstəklədiyi Samir Caadcadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
822 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...