Ərdoğan: “Fransa Ermənistanı aldadır, İrəvan təxribatlara getməməlidir”

Ərdoğan: “Fransa Ermənistanı aldadır, İrəvan təxribatlara getməməlidir”
“Fransanın etdikləri, sadəcə, təxribatdır. Fransa bilməlidir ki, Ermənistana yaxşılıq deyil, əksinə, pislik edir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Paris tərəfindən İrəvana 50 zirehli transportyor göndərilməsi barədə qərarı şərh edərkən bildirib.

O, Fransanın əvvəllər də Ermənistana dəfələrlə dəstək verdiyini, ancaq bunun nəticəsiz qaldığını vurğulayıb, hətta ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi də nəyəsə nail ola bilmədiyini xatırladıb.

“İş bitib, heç bir nəticə əldə etməyib, vəziyyət belə olduğu halda Ermənistanı yenidən təxribata çəkir. Zirehli daşıyıcıları göndərməyin nə xeyri var? Buradan nəticə əldə edə bilməzsiniz. Çünki indi burada öz ərazisinin işğalına son qoyan Azərbaycan var. Qarabağın nəticəsi göz qabağındadır. İndi bu hərbi maşınları göndərməklə nə əldə edəcəksən? Əvvəllər Ermənistana göndərilən tanklar, toplar və tüfənglər Azərbaycanın əlinə keçdi”, - deyə dövlət başçısı əlavə edib.

Türkiyə prezidenti Parisin Ermənistanı aldatdığını vurğulayıb.
“Ermənistan administrasiyası yaxın keçmişdə yaşananlardan dərs götürməli və bu təxribatlara getməməlidir. Sülh fürsətindən istifadə etməsi və yanlış yönləndirən ölkələrin toruna düşməmək Ermənistanın marağında olardı. Azərbaycanla sülhə əsaslanan münasibətlər Ermənistan üçün ən yaxşı variantdır”.

Türkiyə lideri vurğulayıb ki, indi İrəvanın əlinə silah tutuşduran Paris dar zamanda Ermənistanı tək qoyacaq.

Mənbə: Dunya.com



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
281 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...