İntim salonları ziyarət edən məmur və deputatların adları açıqlana bilər

İntim salonları ziyarət edən məmur və deputatların adları açıqlana bilər
Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) sədri, Nazirlər Kabinetinin sədr müavini Kamçıbek Taşiyev ölkədəki bütün intim salonların bağlanması barədə göstəriş verib.

Bu barədə komitənin mətbuat mərkəzi məlumat yayıb.

Məlumata görə, Taşiyev İssık-Kul bölgəsinə səfəri zamanı “vətəndaşlara intim xidmət göstərən müxtəlif əyləncə müəssisələrinin, hamam komplekslərinin və əxlaqsızlıq yuvalarının təşkilindəki qanunsuz fəaliyyətlərin” qarşısının alınmasının vacibliyini vurğulayıb.

Eyni zamanda, dövlət və bələdiyyə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə 2023-cü il dekabrın 1-dək respublikanın bütün ərazisində belə müəssisələrin fəaliyyətini dayandırmaq tapşırılıb”, - məlumatda deyilir.

Əks halda, DMTK rəhbəri yerli hakimiyyət və hüquq-mühafizə orqanlarının əməkdaşlarını işdən çıxarılmaqla hədələyib. Taşiyev bu cür qurumların xidmətindən istifadə edən deputatların və məmurların adlarını da açıqlayacağına söz verib.

Qeyd edək ki, Qırğızıstanda rəsmi olaraq intim salonların fəaliyyəti qadağandır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
387 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...