Polşaya hücum olsa, NATO 100 min əsgər göndərəcək - Anjey Duda

Polşaya hücum olsa, NATO 100 min əsgər göndərəcək -

Polşaya hücum olacağı təqdirdə müdafiə üçün onun ərazisinə 100 min NATO əsgəri yerləşdiriləcək.

Qaynarinfo xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda NATO-nun Vilnüsdə keçirilən sammiti başa çatdıqdan sonra bildirib.

"Mən gözləntiləri izah edə bilərəm: məsələn, Brest Qapılarına hücum olsa, 100.000 NATO əsgəri dərhal müdafiə üçün ərazimizə göndəriləcək", deyə Duda bildirib.

Onun sözlərinə görə, bu qərar müdafiə planları çərçivəsində hərbi blok tərəfindən qəbul edilib və təsdiqlənib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
400 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...