“Nüvə silahından istifadə etsələr...” - NATO-dan xəbərdarlıq

“Nüvə silahından istifadə etsələr...” -
NATO-nun Baş katibi Yens Stoltenberq hər hansı nüvə silahının istifadəsini qəbuledilməz adlandırıb.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Stolteberq nüvədən istifadənin Rusiya Federasiyası üçün ciddi nəticələr verəcəyini bildirib.

“Rusiyadan, prezident Vladimir Putindən təkrar-təkrar bu cür nüvə ritorikasını gördükdə, biz bunu ciddi qəbul etməliyik və buna görə də bunun Rusiya üçün ciddi nəticələri olacağına dair açıq xəbər göndəririk”, - deyə Baş katib qeyd edib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin nüvə silahından istifadə edə biləcəkləri barədə açıqlama vermişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
249 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...