Sənədsiz evlər problemi nə zaman həll ediləcək? - Açıqlama

Sənədsiz evlər problemi nə zaman həll ediləcək? -
"Azərbaycanda sənədsiz evlərlə bağlı illərdir davam edən böyük problem var. Bununla bağlı müxtəlif rəqəmlər səslənir. Ən yumşaq rəqəmlərlə söyləsək, Azərbaycanda təqribən 300-400 minə yaxın ev sənədsizdir".

Bunu "Unikal"a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, səndəsiz evlər daha çox Bakı və Abşeron rayonu ərazisindədir.

"Azərbaycan hökuməti bunu həll etməlidir. Beynəlxalq standartlara görə, vətəndaş hətta qeyri-qanuni ev tikibsə, dövlət ondan işıq, su, qaz pulu alırsa, demək onun mülkiyyət hüququnu tanıyır. Əgər həmin şəxs evi qeyri-qanuni tikmişdisə, dövlət nə üçün ona kommunal xətləri çəkib və pulunu alırdı? Deməli, kommunal xidmətlərdən istifadə olunursa, həmin evin mülkiyyət hüququ yaranır".

Ekspert qeyd edib ki, Azərbaycanda əmlak amnistiyası elan olunmalıdır: "Məsələn, müəyyən olunmalıdır ki, 2022-ci ilin dekabr ayının 31-nə qədər sənədsiz evlərin hamısı amnistiya düşüb və onlara sənəd verilir. Növbəti ildən isə evlərin tikintisinə sərt nəzarət etmək lazımdır ki, qeyri-qanuni tikililərə yol verilməsin. Çünki Azərbaycanda qeyri-qanuni tikililərin özü belə bir növ qanunidir. Belə ki, ya bələdiyyə kağızı ya da kimlərinsə icazəsi ilə tikilir. Evində balaca bir pəncərə açmaq da mümkün deyil. 5-6 idarədən evinin qapısını döyürlər. Əgər kimsə ev tikirsə, buna hansısa dövlət qurumları nəzarət etməyibsə, deməli burada dövlətin də məsuliyyəti var. Ona görə də əmlak amnistiyası elan olunmalı və bu məsələ birdəfəlik həll edilməlidir".

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
154 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...