“Ukraynada 70 dini tikili məhv edilib” - YUNESKO

 “Ukraynada 70 dini tikili məhv edilib” -
YUNESKO-nun hesablamalarına görə, hərbi əməliyyatlar zamanı Ukraynada 152 mədəniyyət obyekti qismən və ya tamamilə məhv edilib.

“Report” xəbər verir ki, bu barədə təşkilatın saytında yer alan məlumatda deyilir. Bunlardan 70-i dini tikili, 30-u tarixi bina, 18-i mədəniyyət evi, 15-i abidə, 12-si muzey və 7-si kitabxanadır.

Təşkilat bildirir ki, zədələnmiş obyektlərin dörddə üçü üç regionda cəmlənib: Donetsk, Xarkov və Kiyev vilayətlərində.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
518 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...