Elnur Əşrəfoğlunun vəziyyəti AĞIRLAŞDI

Elnur Əşrəfoğlunun vəziyyəti
Tanınmış jurnalist Elnur Əşrəfoğlu vəziyyəti daha da ağırlaşıb. Bu barədə Modern.az-a onun həyat yoldaşı İlahə Şükürova bildirib.

İ.Şükürova səhər saatlarında həkimlərin bu barədə onları məlumatlandırdığını deyib: “Zəng edib dedilər ki, irəliləyiş yoxdur, daha da pisləşib”.

Xatırladaq ki, bir müddət əvvəl koronavirusa yoluxan jurnalistin vəziyyəti ağır olduğundan ECMO cihazına qoşulmuşdu. ECMO-ya bağlı qanaxma yenidən başladığından oktyabrın 11-də cihazdan ayrılıb. Buna baxmayaraq, həkimlər xəstənin müxtəlif orqanlarında qanaxmanın dayanmadığını açıqlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
251 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...