Birjalar: dollar ucuzlaşır, qızıl isə… ŞƏRH

Birjalar: dollar ucuzlaşır, qızıl isə…

"ABŞ iqtisadiyyatı ilə bağlı açıqlanan statistik göstəricilərin iqtisadi inkişafda sürətlənməyə işarə etməsinə baxmayaraq, bazar iştirakçıları diqqətləri ABŞ Prezidenti Co Baydenin stimul paketini maliyyələşdirmək üçün mümkün vergi artımlarına yönəldiblər".

Valyuta.az xəbər verir ki, bunu dünya bazarında valyutanın qiymətlərində baş verən dalğalanmaları şərh edən İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin eksperti Tusi Heydərov bildirib.

Onun sözlərinə görə, vergi artımlarının ABŞ iqtisadiyyatına mənfi təsir edəcəyinə dair narahatlıqlar fonunda dollar dünya birjalarında dəyər itirməyə davam edir.

“FED üzvlərinin Amerikada iqtisadi bərpa prosesinin 2024-cü ilin sonlarına qədər uzanacağına dair açıqlamalarından sonra dollar üzərində təzyiqlər artıb. Bunun fonunda da EUR/USD cütlüyü son iki həftənin maksimumlarına yüksəldi. Təhlillərə əsasən 1.1874 səviyyəsi yuxarıya doğru qırılarsa, artımlar 1.1910 və 1.1943 hədlərinə qədər davam edə bilər” - T.Heydərov diqqətə çatdırıb.

Ekspert vurğulayıb ki, GBP/USD valyuta cütlüyünə H1-da nəzər yetirdikdə, qiymətin 1.3820 hədlərinə qədər ucuzlaşdığının şahidi oluruq.

Onun fikrincə, əgər 1.3794 həddi aşağıya doğru qırılarsa, növbəti hədəfləri 1.3761 və 1.3722 səviyyələri ola bilər:

“Amerikada stimul paketini maliyyələşdirmək üçün mümkün vergi artımlarının təsiri ilə ABŞ-ın dövlət istiqrazlarında gəlirlilik faizlərinin azalması fonunda qızıl dünya birjalarında bahalaşır. Hazırda bir unsiya üzrə dəyəri 1739$ olan qızılda 1745$ həddi qırılarsa, qiymətli metal 1755$ və 1779$-a kimi bahalaşa bilər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1711 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...