Vasif Talıbov niyə maska taxmır?

Vasif Talıbov niyə maska taxmır?
Bu gün saat 10-da Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı başlayıb.

Yenisabah.az-ın xəbərinə görə, qurultay başlayana qədər nümayəndə heyəti YAP-ın mərkəzi qərargahına toplaşıb.

Diqqət çəkən məqamlardan biri bütün məmurların karantin qaydalarına riayət edərək tibbi maskadan istifadə etdiyi halda, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun, eləcə də Naxçıvan MR-in Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovun bu qaydalara riayət etməməsi, Nazirlər Kabinetinin qərarlarına əhəmiyyət verməməsidir.

Ola bilsin ki, Naxçıvanda açıq havada və qapalı məkanlarda tibbi maskadan istifadə etmək barədə qərar yoxdur və Nazirlər Kabinetinin qərarı da muxtar respublikada keçərli deyil. Amma paytaxt Bakıda belə bir qərar qüvvədədir. Hətta Prezident İlham Əliyevin, AMEA-nın prezidenti Ramiz Mehdiyevin, həmçinin digər yüksək ranqlı məmurların tibbi maskadan istifadə etdiyinə dair fotolar var. Belə olan halda Vasif Talıbovun tibbi maska taxmaması açıq-aşkar qaydalara meydan sulamaqdır. Görünür ki, Naxçıvan xanı Bakıda da özünü muxtar respublikada olduğu kimi hiss edir. Daimi nümayəndə Bəxtiyar Əsgərov da Vasif Talıbovun qorxusundan maska taxmayıb, qaydaları pozub. Maraqlıdır, Daxili İşlər Nazirliyinin əməkdaşları bu davranışlarına görə onları da cərimələyəcəkmi?



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
586 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...