Zığda bir qəbir yeri 3 min manatdır - VİDEO

Zığda bir qəbir yeri
Artıq illərdir ki, həllini tapmayan problemlərdən biri də qəbir yerlərinin baha olmasıdır. Bu mövzu dəfələrlə gündəmə gəlsə də, hələ də qəbisitanlıqlarda qiymətlər od tutub yanır.

“MediaPost”a daxil olan şikayətlərdən birində qeyd olunur ki, Zığ yolunda yerləşən Dədə-qorqud qəbiristanlığında yerin biri 600 manata satılır. Bundan əlavə, qəbir qazdırmaq üçün də 300 manat ödəmək lazım gəlir. Şikayətçinin dediyinə görə, kənardan gələn hansısa şəxsin qəbir qazmasına icazə verilmir, yalnız orada işləyən şəxslər qəbir qaza bilər.

Sözügedən şikayətlə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətindən “MediaPost” cavab olaraq bildirilib ki, həmin qəbiristanlıq onların tabeliyində deyil.

Zığ bələdiyyə sədri Emil Quliyev “MediaPost”a açıqlamasında qəbir yerlərinin baha olması ilə bağlı deyilənləri təkzib edib. Bələdiyyə sədri bildirib ki, mərhumun qohumlarından ancaq xidmət haqqı tələb olunur.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mövzu ilə bağlı “MediaPost”a danışıb. O, açıqlamasında bildirib ki, qəbir yerlərinin verilməsi ilə bağlı hüququn artıq bələdiyyələrə verilməsinə baxmayaraq problemlər hələ də qalmaqdadır.

Ekspertin sözlərinə görə, dövlət rüsumlarının ödənilməsi və s. məsələlər bələdiyyələr tərəfindən tənzimlənməlidir.
Çingiz Qənizadə təklif edir ki, bələdiyyələr ərazisində olan qəbiristanlıqlardakı boş yerlərin siyahısını tərtib etməlidir. Onun fikrincə, qəbiristanıqlarla bağlı monopoliyanı aradan qaldırmaq üçün təftiş aparmalıdır.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
298 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...