Daha bir erməni generalı GƏBƏRDİLDİ

Daha bir erməni generalı

“Yerkpara” Könüllülər Birliyinin keçmiş rəhbəri, general-leytenant, sabiq deputat Manvel Qriqoryan bir neçə gün əvvəl Xankəndinə gəlib. Lakin bu gün səhər saatlarında onu təcili olaraq ambulansla Ermənistana aparıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə onun vəkili Levon Baqdasaryan məlumat verib.

Baqdasaryan deyib ki, Qriqoryanın qəfil halı pisləşib və onu Ermənistandakı məhşur klinikalardan birinə yerləşdiriblər. “Qriqoryan oktyabrın 7–dən Xankəndindədir. İlk gündən o Qarabağın hərbi rəhbərliyi ilə əməkdaşlıq edirdi. Əsas işi ordunun bölmələrinin təşkili, yerləşdirilməsi və rəhbərliyin necə qurulmasını təmin etmək idi. Bu yaxınlarda isə N saylı yaşayış məntəqəsində olmuşdu. Təəssüf ki, səhhətinin pis olması, xəstəliyinin getdikcə şiddətlənməsi onun Qarabağda qalmasını imkansız etdi və vəziyyəti kritik şəkil aldı. Oktyabrın 21-də Qriqoryan təcili olaraq xüsusi reanimasiya ambulansı ilə Ermənistandakı klinikaların birinə çatdırılıb”.

Bəzi erməni mənbələri iddia edir ki, Manvel Qriqoryanın xəstəliyi ilə əlaqədar deyil, döyüşlərdən birində ciddi şəkildə yaralandığı üçün təcili olaraq Ermənistana gətirilib. Hətta bəzi mənbələr ağır yaralanması səbəbindən keçmiş deputatın ölüm ayağında olduğunu da bildirir. Onun cəbhə bölgəsində Azərbaycan Ordusunun bombardmanına düşdüyü deyilir.

Xatırladaq ki, Manvel Qriqoryan tanınmış erməni generallarından biridir. O və rəhbərlik etdiyi "Yerkpara" təşkilatı birinci Qarabağ savaşında iştirak edib və Azərbaycan əhalisinə qarşı xüsusi qəddarlığı ilə seçilib.

Manvel Qrioqryan 2018-ci ilin iyununda qanunsuz silah saxlama və ordu üçün nəzərdə tutulan ərzağı mənimsəmə itihamı ilə həbs edilib. Dekabr ayında isə 25 milyon erməni dramını girov qoymaq qarşılığında zaminə buraxılıb. Onunla bağlı cinayət işinin istintaqı hələ davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
394 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...