Azərbaycanda sabahdan VPN-lər bağlana bilər - Nazirlikdən AÇIQLAMA

Azərbaycanda sabahdan VPN-lər bağlana bilər -
Mövcud müharibə səbəbi ilə bağlı ölkədə internetin verilməsində, sosial şəbəkələrə girişdə məhdudiyyətlər olduğu məlumdur. Amma VPN tətbiqindən istifadə etməklə sosial şəbəkələrdən istifadə etmək mümkündür. Ermənilərin təxribat xarakterli paylaşımlarının azərbaycan xalqında ruh düşkünlüyü yaratmaması üçün nə etmək olar? VPN-dən istifadə məhdudlaşdırıla bilərmi?

Yenisabah.az xəbər verir ki, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat Xidmətindən verilən açıqlama deyilib:

“VPN- lə bağlı tərəfimizdən marifləndirici məzmunlu mətnlər kifayət qədər paylaşılıb. Bu mövzuda insanlar özləri də məsuliyyətli olmalıdırlar. Bildiyimiz kimi, ölkəmizdə hərbi vəziyyətdir və bu vəziyyətdə hər bir şəxs vətəndaş borcunu yerinə yetirməlidir. Düşmən bugün cəbhədə uduzduğu üçün istənilən təxribatı etməyə fürsət axtarır. Bu baxımdan ən əl çatan yol da kiber mühitdir. Kiber mühitdə hər bir insan bir fərd kimi özünü qorusa, müvafiq qurumların informasiyalarına istinad edib ona uyğun davransa, təxribatın qarşısı müəyyən qədər alınmış olar. VPN-ləri öz telefonlarımıza yükləməsək, qarşı tərəf bizə məxsus informasiyalara nail ola bilməyəcək.

İnsanları sosial şəbəkələrdə yayılan, rəsmi olmayan məlumatlara inanmamağa çağırırıq. Çünki bugün ölkəmiz informasiya alınması baxımından məhdudlaşdırılmayıb. Müəyyən kütləvi informasiya vasitələri və media qurumları tərəfindən kifayət qədər, lazımi informasiyalar cəmiyyətə ötürülür”.

Qeyd edək ki, bir çox VPN proqramları pulludur. Hazırda istifadə etdiyimiz VPN-lər isə 20-30 gün müddətinə pulsuz verilir. Nəzərə alsaq ki, ölkəmizdə sentyabrın 27-dən internetə giriş məhdudlaşdrılıb və bu müddətdən pulsuz VPN istifafə edənlər üçün sabahdan etibarən sistem bağlana bilər. /Redaktor.az

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
113 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...