“Xəstəxanadan qaçmışam” - Xalq artisti

“Xəstəxanadan qaçmışam” -


Xəbər verdiyimiz kimi səhhətində problem yaranan Xalq artisti Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirilmişdi.

Yenisabah.az-la söhbətində aktyor mədə-bağırsaq ağrılarından və nəfəs yollarının soyuqlamasından əziyyət çəkdiyini deyib. Sənətçi artıq müalicəsini evdə davam etdirdiyini bildirib:

“Yavaş-yavaş müalicə davam edir, amma çox ağır irəliləyir. Xəstəxanadan gəlmişəm, evdəyəm. Xəstəxanada qalmaq mümkün deyil, onsuz da indi xəstəxanaların hamısı işləmir. Mən iki xəstəxanada oldum – Mərkəzi Klinik Xəstəxana və Respublika Müalicəvi Diaqnostika Tibb Mərkəzində. Oralarda qalmaq, müalicə olunmaq mümkün deyil. Çox təssüflər olsun ki, bu belədir. Bilmirəm bu dediyim xoşlarına gələr ya gəlməz, amma mən hər iki xəstəxanadan da qaçdım”.

Xalq artisti dörd ay sonra özünə lazım olan həkimi tapdığını deyib:

“Bu yaxınlarda özümə lazım olan həkimləri tapdım. Nəhayət, dörd ay yarımdan sonra Azərbaycanda iki nəfər peşəkar həkim tapmışam. Yəni istədiyim terapevtlərdir, hansı ki, onlar xəstəliyin diaqnozunu qoyub, müalicə edirlər. Lakin müasir təhsilli “uzman” qardaşlarım burun kəsib, dodaq şişirdirlər, ortada da bir şey yoxdur. Onlar mənim müalicəmi çox geri saldılar. Analiz verməkdən bezmişdim, dəfələrlə analiz vermişəm, gedirsən deyirlər yenə analiz ver. Axırda cana yığıldım, dedim sağ olun, getdim. Sağ olsun, H.Əliyev Fondu, çox yardım etdi, təsəvvür edin biz fondla birgə terapevt axtarırdıq… Hamısı keçiblər uzman olublar, cərrahiyə ilə, kəsib-doğramaqla məşğuldurlar.

İndi vəziyyətim yaxşılaşır, deyəsən, yoluna düşürəm. Əsas odu diaqnoz qoyulub və müalicə olunuram. Xəstəxanaya getsəm də, orada qalmıram, axşam öz evimə qayıdıram”.

Xatırladaq ki, aktyorun müalicəsi dövlətin nəzarətindədir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
71 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...