Türk F-16-ları İrəvana zərbəni məşq edir?

Türk F-16-ları İrəvana zərbəni məşq edir?
Naxçıvanda keçirilən birgə təlimlər zamanı Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 qırıcılarının İrəvana hava zərbəsi məsafəsinə qədər yaxınlaşdığı bildirilib.

Axar.az xəbər verir ki, bu barədə Avia.pro iddia edib.

Qeyd edilib ki, ən azı 2 F-16 qırıcısı birbaşa döyüş kursu ilə İrəvana istiqamət alıb və Ermənistan paytaxtına 56 kilometr qalmış (bu, aviasiya raketlərinin zərbə radiusudur) geri qayıdıb. Bununla da Ermənistan paytaxtına hava zərbəsini sınaqdan keçirib.

Bu zaman Ermənistan sərhədi boyu Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin 4 helikopteri də Ermənistan sərhədinin bilavasitə yaxınlığından keçib, amma sərhədi pozmayıb.

Yayılan bu məlumat Ermənistanda şok effekti verib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib ki, türk qırıcılarının Naxçıvanın 56 km-liyində yerləşən İrəvan şəhərinə hava zərbələri endirməklə bağlı təlimlər keçirdiyi barədə məlumatlar həqiqətə uyğun deyil.

Ş.Stepanyan bu barədə məlumatların şişirdildiyini deyərək, təşvişə və panikaya əsas olmadığını bildirib.

Xatırladaq ki, Azərbaycan-Türkiyə birgə irimiqyaslı təlimləri iyulun 29-dan başlayıb, təlimlər avqustun 10-nadək davam edəcək. Təlimlərə qatılmaq üçün Türkiyənin F-16 qırıcıları, “Atak” hücum helikopterləri, reaktiv yaylım atəşi sistemləri və bir diviziya canlı qüvvəsi göndərilib. Ermənistanda bu təlimləri böyük panika yaradıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
212 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...