Nazir iki rəisə vəzifə verdi, digərini sərəncama götürdü

Nazir iki rəisə vəzifə verdi, digərini sərəncama götürdü
Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov üç polis rəisi ilə bağlı əmr imzalayıb.

“Gundeminfo”nun verdiyi xəbərə görə, nazirin əmri ilə Binəqədi RPİ 6-cı Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Nəsib Məmmədov vəzifəsindən azad edilərək Biləsuvar rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Biləsuvar RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Əlyəddin Səfərov isə Şamaxı RPŞ-nin rəisi təyin olunub.

Şamaxı RPŞ-nin rəisi Şahin Mirzəyev isə nazirin əmri ilə vəzifədən çıxarılaraq sərəncama götürülüb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
107 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...