Koronavirusla bağlı modul tipli 6 xəstəxana quraşdırılır - SƏRƏNCAM

Koronavirusla bağlı modul tipli 6 xəstəxana quraşdırılır -
Prezident İlham Əliyev "Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

"Gundeminfo"nun xəbərinə görə, sərəncamla hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 14,8 milyon (on dörd milyon səkkiz yüz min) manatı Maliyyə Nazirliyinə ayrılıb.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
49 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...