İspaniyada pandemiyadan ölənlərin sayı 10 mini keçdi

İspaniyada pandemiyadan ölənlərin sayı 10 mini keçdi

İspaniyada son sutkada daha 950 nəfər koronavirusdan ölüb. “Report” xəbər verir ki, məlumatı “Ahaber” yayıb. Bildirilib ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 10 003-ə çatıb.

Məlumatda həmçinin daha 6 120 nəfərdə koronavirus aşkarlanıb və İspaniyada infeksiya daşıyıcılarının ümumi sayı 110 238-ə çatıb. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 946 800-ü ötüb. Bunların 200 317 nəfəri sağalıb, 48 135 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
297 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...