MSK sədri hədələdi: Namizədlikləri ləğv ediləcək

MSK sədri hədələdi:

Seçicilərin ələ alınmasına cəhd edən namizədlərin qeydiyyatı səsverməyə bir gün qalmış olsa belə ləğv edilə bilər. Seçicilərin əla alınması birbaşa meydan oxumaqdır.

Axar.az xəbər verir ki, bunu MSK-nın iclasında komissiya sədri Məzahir Pənahov bildirib:

“Görürsünüz ki, biz bütün şəraiti yaratmışıq. Müşahidə edirik ki, primitiv mübarizə aparılmır. Biri fərasətlidir, biri az fərasətlidir, biri bir az neqativ mənada fərasətlidir, amma reallıqda insanlar kimin kim olduğunu görürlər. Seçicilərin ələ alınmasına cəhd digər məsələlərlə müqayisə olunmayan pozuntudur. MSK buna çox pis yanaşır və bununla bağlı çox ciddi ölçü götürəcək”.

MSK sədri bununla bağlı cari durumun nədən ibarət olduğunu müavini Rövzət Qasımovdan xəbər alıb.

Rövzət Qasımov isə hələlik bununla bağlı şikayətlərin daxil olmadığını deyib:

“Bəzi namizədlər həqiqətən düşünürlər ki, onlara səs verəcək insanlar hamısı sosial şəbəkə, yaxud internet istifadəçisidir. Ancaq real dairələrdə baş verənlər sosial şəbəkələrdən fərqlidir. Son günlərdə biz də sosial şəbəkələrdə baş verənləri müşahidə edirik. Hansısa dairədə hansısa namizəd gedib görüş təşkil edir. O dəqiqə bunu dövlət resurslarından istifadə kimi təqdim edirlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
332 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...