Prezidentdən Sumqayıtla bağlı mühüm SƏRƏNCAM

Prezidentdən Sumqayıtla bağlı mühüm
Prezident İlham Əliyev Sumqayıt şəhərinin qəsəbələrində və yeni yaşayış massivlərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, sərəncamda qeyd edilir ki, Sumqayıt şəhərinin qəsəbələrində və yeni yaşayış massivlərində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
249 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...