Əli Həsənov “miqrant alveri” barədə: “Layiqli cəzalarını alacaqlar”

Əli Həsənov “miqrant alveri” barədə:
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov müxalifətin “miqrant alveri” və Almaniyadan bir sıra azərbaycanlının deportasiya olunması məsələsinə münasibət bildirib.

"Gundeminfo"nun məlumatına görə, Ə.Həsənov Azərbaycan vətəndaşlarının xarici ölkələrə saxta yollarla aparılmasında iştirak edənlərin layiqli cəzasını alacağını bildirib:

"Çoxdan bilirdik ki, bəzi müxalif partiyalar, o cümlədən onların müxtəlif nümayəndələri bu işlə məşğuldur. Biz bunu dəfələrlə bəyan edirdik və sübut etməyə çalışırdıq. Ancaq təəssüflər olsun ki, müxalifət partiyaları bunu etiraf etmirdi ki, nəyə görə bu insanları başqa adlarla, uydurma arayışlar hazırlamaqla xarici ölkələrə göndərirdilər. Onların orada yaşadığı həyat tərzini, qaçqın kamplarında yaradılan şəraiti də bilirdik. Azərbaycan dövlətinin dəyərli vətəndaşı olmaq hissi onlar üçün yaradılmış komfort şəraitlə əvəz oluna bilməzdi. Ona görə də biz əvvəlcədən bunun əleyhinə idik. Azərbaycan dövləti geri qayıdanların yerləşdirilməsi, onların işlə təmin olunması, yenidən ölkəmizin layiqli vətəndaşına çevrilməsi üçün əlindən gələn hər bir şeyi edir və bundan sonra da edəcək. Düşünürəm ki, bu yola düşənlər, xüsusən də Azərbaycan vətəndaşlarının xarici ölkələrə saxta yollarla aparılmasında iştirak edən insanlar da özlərinin layiqli cəzasını alacaqlar. Bundan sonra Azərbaycan vətəndaşları dövlətçilik ətrafında sıx birləşəcəklər.

Əlbəttə, onların hər birinin fəaliyyəti Azərbaycanda araşdırılır və araşdırılacaq. Biz Azərbaycan vətəndaşlarının hər biri üçün bu ölkədə yaşayış, iş, fəaliyyət şəraiti yaratmağa borcluyuq. Azərbaycan dövlətinin və Prezidentinin yürütdüyü siyasətin təməlində insan və vətəndaş amili, onların maraqları dayanır. Ona görə də Azərbaycana qaytarılan o insanların hər birinin ölkəmizin vətəndaşı olaraq gələcək həyatını qurması üçün lazım olan şərait yaradılacaq və onlara lazımi dəstək veriləcək. Cinayət törətmiş qrup və ya insanlara gəlincə, onlarla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Nəinki bizim, o cümlədən, Almaniya, Fransanın da hüquq-mühafizə orqanları araşdırma aparır. Bu işdə cinayətə əli bulaşan insanlar da layiqli cəzalarını alacaqlar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
349 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...